Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR 1,3 milyard dollar kredit aldı

Baxış: 274

"SOCAR Türkiyə" şirkəti1,3 milyard dollar sindikatlaşdırılmış kredit cəlb edib.
Sahibkartv.az xəbər verir ki, Dünyanın iri banklarından "Citibank N.A, London Branch (Citi)" və "JP Morgan Securities plc"nin (JP Morgan) köməyilə cəlb edilən kredit, 2021-ci ilin ilin əvvəlindən bu günə qədər Türkiyədə maliyyə xidmətləri sektoru xaricində fəaliyyət göstərən bir şirkət tərəfindən cəlb edilən ən yüksək məbləğli kreditdir.
"SOCAR Türkiyə" şirkətinin İdarə heyətinin sədri Rövnəq Abdullayev bildirib ki, dünyanın güclü maliyyə təşkilatlarının liderliyilə cəlb edilən yenidənmaliyyələşmə krediti, qlobal qeyri-müəyyənliklərə baxmayaraq "SOCAR Türkiyə" şirkətinə olan güvənin göstəricisidir. 
Abdullayev qeyd edib ki, cəlb edilən vəsait ilə şirkətin maliyyə vəziyyətini gücləndirəcək.
Abdullayevin sözlərinə görə, kredit aşağı faiz ilə cəlb edilib, vəsait ilə qrupun keçmiş borclarının bir hissəsi ödəniləcək və ortalama xərc yaxşılaşacaq:
"Bu məbləğdə bir sindikatlaşdırılmış krediti sərfəli şərtlər ilə əldə etməyimizin, hazırkı qlobal iqtisadi vəziyyət də nəzərə alındığında ayrı bir əhəmiyyət daşıdığını düşünürük".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.