Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ölkədə xarici kərə yağlarına tələbat azalıb

Baxış: 274
Azərbaycan ilin yanvar-iyul ayları ərzində 9 051,2 ton həcmində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Sahibkartv.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu məhsul qrupunun idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalıb.
Ümumilikdə, məhsulun idxal dəyəri 44 915 870 dollar olub. Bu isə 2020-ci ilin eyni dövrünə nəzərən 11,9 faiz azdır.
Bu ilin təkcə iyul ayında xaricdən 875,87 ton həcmində kərə yağı və süddən hazırlanmış digər yağlar alınıb və onların ümumi idxal dəyəri 4 935 200 dollar olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.