Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan yarım ildə xaricdən 42 milyon dollarlıq şokolad alıb

Baxış: 360

Azərbaycan 2021-ci ilin 1-ci yarısında 14 min 164 ton şokolad idxal edib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 16,2% çoxdur. Bu barədə hökumətdən məlumat verilib.
Ölkəyə idxal olunan şokoladın dəyəri 42 milyon 193 min dollar həcmində qiymətləndirilir (artım 25,5%).
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Xüsusilə, 2021-ci ilin 6 ayı ərzində Rusiyadan 17 milyon 232 min dollar dəyərində (artım 19%) 7 min 706 ton (artım 15,9%) şokolad idxal edilib. Hesabat dövründə Azərbaycana şokolad idxalının 54,4%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. Birinci yarımillikdə bu ölkədən 2 milyon 250 min dollar dəyərində 1061 ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan yanvar-iyun aylarında 1 milyon 975 min dollar dəyərində (artım 8,8%) 991 ton (artım 27%) şokolad ixrac edib. Həmçinin, Rusiyaya 634 min dollarlıq (artım 25,3%) ixracın həcmi 323 ton (artım 31%) olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.