Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hələ də ixracımızın 90%-ə yaxını neft-qazın hesabınadır

Baxış: 334
2021-ci ilin 7 ayı (yanvar-iyul) ərzində Azərbaycandan 10 milyard 39 milyon 239 min manatlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 943 milyon 170 min dollar və ya 24% çoxdur.
NEFT VƏ QAZ DƏYƏR İFADƏSİLƏ ARTIB
Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin 7 ayında 7 milyard 585 milyon 824 min dollarlıq 17 milyon 106 min 825 min ton xam neft və 2 milyard 14 milyon  915 min dollarlıq 12 milyard 61 milyon 122 min kub metr təbii qaz ixrac edilib. Ötən ilin eyni dövründə Azərbaycandan 6 milyard 398 milyon 120 min dollarlıq 19 milyon 558 min 158 ton xam neft və 1 milyard 488 milyon 420 min dollarlıq 7 milyard 713 milyon 270 min kub metr təbii qaz ixrac edilmişdi. Neft və qazdan gəlirlərin artması qiymətlərin də yüksəlməsilə əlaqədardır. 
Neft-qaz sektoruna daxil olan malların ixrac 2021-ci ilin ilk 7 ayında Azərbaycanın cəmi 11 milyard 393 milyon 519 min dollarlıq icracının 88,1%-nə bərabər olub. Qeyri-neft qaz məhsullarının ixracının həcmi 1 milyard 354 milyon 280 min dollar təşkil edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.