Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Rusiya iqtisadiyyatında artım sürəti yavaşlayıb"

Baxış: 392
Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov, "İqtisadiyyatda artım proqnozlarında ehtiyatlı davranmalıyıq, çünki Rusiya iqtisadiyyatındakı artım yavaşlayıb", deyib.
Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov, neft istehsalı və xidmət sektorlarında yığışmanın hələ yaşanmadığını qeyd edərək, "İqtisadiyyatda artım proqnozlarında ehtiyatlı davranmalıyıq, çünki Rusiya iqtisadiyyatındakı böyümənin yavaşladığını müşahidə edirik" deyib.
Sahibkartv.az xəbər verir ki, Reşetnikov, paytaxt Moskvada jurnalistlərə açıqlamalar edib.
Rusiya Mərkəzi Bankı tərəfindən tətbiq olunan pul siyasətinin sərtləşdirildiyini xatırladan Reşetnikov, "Bu Rusiya iqtisadiyyatı baxımından bir dezavantajdır. Mərkəzi Bankın faiz artırmasının iqtisadi inkişafa təsir etməyəcəyini söyləmək çox çətindir, ancaq bunun müsbətlərini və mənfilərini qiymətləndiririk", - bildirib.
İl sonu üçün inflyasiyaya bağlı 5%-lik proqnozu da yüksəldə biləcəklərini qeyd edən Reşetnikov deyib:
"İndi hər şeyi analiz edirik, bir çox yeni faktorumuz var. Bu səbəbdən inflyasiya proqnozunu daha dəqiq bir hala gətirmək istəyirik."
Rusiya İqtisadi İnkişaf Nazirliyi, iyulda dərc etdiyi hesabatında, il sonu inflyasiya proqnozunu 4,3%-dən 5%-ə yüksəltmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.