13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Ödəniş kartlarının sayında və nağdsız istifadə göstəricilərində Azərbaycanda müsbət dinamika müşahidə olunub.
Sahibkartv.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, avqust ayının əvvəlinə dövriyyədə olan ödəniş kartlarının sayı 10 400 000 ədəd təşkil edib və bu kartların 52 faizi təmassız ödənişləri dəstəkləyib.
2020-ci ilin eyni dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 16 faiz, o cümlədən təmassız kartların sayı 2,3 dəfə artıb. Emissiya edilən ödəniş kartlarının 88 faizi yəni 9 200 000 ədədi debet kartlar, 12 faizi yəni 1 200 000 ədədini isə kredit kartları təşkil edib.
İlin birinci yarısında ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz artaraq 15 900 000 000 manat, o cümlədən nağdsız ödənişlərin həcmi 55,6 faiz artaraq 4 500 000 000 manat olub. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz bənd yüksələrək 28,1 faizə bərabər olub.
Ümumiyyətlə, hesabat dövründə ödəniş kartları ilə aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağd əməliyyatlar təşkil edib. 2020-ci ilin birinci yarımilində bu göstərici müvafiq olaraq 22 və 78 manat olub.
Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2021-ci ilin birinci yarısında elektron ticarət əməliyyatlarının sayı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 40,3 faiz artaraq 43 200 000 ədəd, həcmi isə 35,6 faiz artaraq 2 400 000 000 manat olub.
Müvafiq dövrdə təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artaraq 42 700 000 ədəd, həcmi isə 85,3 faiz artaraq 1 800 000 000 manat olub. POS-terminallarla aparılan təmassız ödənişlərin sayı və həcmi isə 2020-ci ilin birinci yarımil göstəricilərini müvafiq olaraq 4,2 və 6,6 dəfə üstələyib.
Bölməyə aid digər xəbərlər