
Bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkə arasında birgə lizinq şirkətinin yaradılması ilə bağlı sənəd imzalanacaq.
Müştərək şirkəti Azərbaycanın “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və Rusiyanın “KamAZ” şirkəti yaradır.
Görüşdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, Azərbaycandakı yük avtomobillərinin çoxunun yaşı 15 ildən çoxdur.





































