Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

546 layihə, 36,6 milyon manat kredit - NAZİR AÇIQLADI

Baxış: 288
2021-ci ilin yanvar-iyun ayları ərzində 546 investisiya layihəsinin maliyyələşdirilməsinə 36.6 milyon manat güzəştli kredit verilib. 
Sahibkartv.az xəbər verir ki, bunu Tvitter səhifəsindən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1 009 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bu müddət ərzində verilmiş kreditlərin 97,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Güzəştli kreditlərin 58,2%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 28,1%-i  sənaye məhsullarının istehsalı və emalı, 13,7%-i digər sahələrə verilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.