Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

IEA: Qlobal neft tələbi gələn il gündəlik 3 milyon barel artacaq

Baxış: 529

Qlobal neft tələbinin, gələn il 2020-ci illə müqayisədə gündəlik təxminən 3 milyon barel artımla 99 milyon 500 min barel səviyyəsinə çatacağı təxmin edilir. 
Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun ayına dair neft bazarı hesabatına görə, qlobal iqtisadiyyatdakı güclü inkişaf, yeni növ koronavirus (Covid-19) pandemiyasına qarşı peyvəndləmənin sürətlənməsi və məhdudiyyətlərin yüngülləşdirilməsi neft tələbinin daha da artmsına səbəb olacaq.
Qlobal iqtisadiyyatda müsbət görünüşün bu ilin geri qalanında və 2022-də davam edəcəyi gözlənilərkən, xüsusilə Avropa bölgəsindəki pandemiya ilə əlaqədar məhdudiyyətlərin yüngülləşdirilməsinin təsirilə qlobal neft tələbində ilin ikinci yarısında ilk yarısı ilə müqayisədə günlük 4,6 milyon barel artım nəzərdə tutulur.
Ancaq bəzi ölkələrdə Covid-19-a yoluxanların artması qlobal neft tələbində aşağı istiqamətli risk yaratmağa davam edəcək.
Bu əhatədə, qlobal neft tələbinin gələn il bu illə müqayisədə təxminən 3 milyon barel (3,1%) artımla gündəlik 99 milyon 500 min barel  səviyyəsinə çatacağı nəzərdə tutulur.
QLOBAL NEFT İSTEHSALI İYUNDA ARTIB
Hesabata görə, qlobal neft istehsalı (təklifi), keçən ay may ayı ilə müqayisədə 1 milyon 100 min barel artımla gündəlik 95 milyon 590 min barel səviyyəsində reallaşıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.