Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gömrükdən büdcəyə daxil olan vəsaitin miqdarı AÇIQLANIB

Baxış: 418

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.
Sahibkartv.az-ın Komitədən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin iyun ayında gömrük xətti ilə büdcəyə 376,2 milyon manat vəsait daxil olub.
Bu, əvvəlki ayın (may 2021-ci il) göstəriciləri ilə müqayisədə 8,2 faiz, ötən ilin iyun ayı ilə müqayisədə isə 16,2 faiz çoxdur.
İyun ayı ərzində gömrük rüsumu üzrə 104,3 milyon manat, ƏDV üzrə 252,6 milyon manat, aksizlər üzrə 15,7 milyon manat, yol vergisi üzrə 3,6 milyon manat vəsait büdcəyə cəlb edilib.
İlin yanvar-iyun ayları ərzində gömrük xətti ilə büdcəyə 2 038 235 400 manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində büdcəyə 2 019 826 400 manat vəsait daxil edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.