Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qazaxıstanla əməkdaşlıq genişlənir

Baxış: 405

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev, “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Alik Aidarbayev və həmkarları ilə görüşüb.
Sahibkartv.az xəbər verir ki, görüşdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub. 
Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti barədə məlumat verən nazir Mikayıl Cabbarov “Samruk-Kazyna” SC ilə kooperativ idarəetmə sahəsində təcrübə mübadiləsinin, iqtisadiyyata özəl investisiyaların cəlb edilməsinin, portfel şirkətlərin rəqəmsal transformasiyasının əhəmiyyətini diqqətə çatdırıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika, neft-qaz sahəsində əməkdaşlıq, birgə layihələrin icrası məsələləri müzakirə edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.