21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
"Hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin dərinləşməsi bugünkü gün Şuşa Bəyannaməsinin faktiki olaraq elan edilməsindən sonra hətta hərbi-syasi əlaqələrdən daha öndədir. Çünki hərbi-siyasi əməkdaşlıqla bağlı bundan öncə də iki ölkə arasında razılaşma var idi və xarici müdaxilələrə birgə müqavimətlə bağlı demək olar ki, tam formatlı razılaşma mövcud idi. Ona görə də Şuşa Bəyannaməsində biz daha çox məhz iqtisadi və ticari amillərin ön plana çıxmasını görürük. Bu da təsadüfü deyil, çünki bölgədə formalaşan yeni geosiyasi və iqtisadi reallıqlar çərçivəsində regional iqtisadi əməkdaşlıq mütləq şəkildə ön plana çıxmalıdır".
Bunu Sahibkartv.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib."Unutmayaq ki, faktiki olaraq qlobal bazarlar dağılmaq üzrədir. Belə olan halda qlobal bazarlara Azərbaycan üçün konkret olaraq Avropa bazarlarına enerji daşıyıcıları ilə çıxmaq və onun hesabına xeyli dərəcədə iqtisadi siyasəti həyata keçirmək getdikcə çətinləşəcək. Belə olan halda biz qonşu dövlətlərlə iqtisadi əlaqələrimizi intensivləşdirməliyik. Türkiyə bu nöqteyi nəzərdən sözsüz ki, Azərbaycan üçün əsas ticarət tərəfdaşlarındandır. Zəngəzur dəhlizinin açılması hesab edirəm ki, burada olduqca önəmli amil kimi çıxış edir. Çünki faktiki olaraq iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi və birgə istehsal proseslərinin reallaşdırılması nəticəsində birgə xarici geniş regional bazarlara çıxış əldə etmək mümkün olacaq ki, bu, olduqca mürəkkəbləşən beynəlxalq iqtisadi şəraitdə mühüm məsələdir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı tam şəkildə başlıca iqtisadi hədəflərin reallaşdırılması üçün daxili investisiya potensialına malikdir. Lakin bununla yanaşı, etiraf etmək lazımdır ki, bir sıra istiqamətlər üzrə ölkəyə texnologiyaların idxalına ehtiyac var və Türkiyə Respublikasının bugünkü gün real iqtisadi vəziyyəti onu deməyə əsas verir ki, Türkiyə bir sıra istiqamətlər üzrə Azərbaycana bu texnologiyaların ixrac edilməsində mühüm rol oynaya bilər və bu, Azərbaycan iqtisadiyyatının bir sıra istiqamətlərdə rəqabət qabiliyyətliyinin yüksəldilməsinə şərait yarada bilər. Bütövlükdə hesab edirəm ki, Şuşa Bəyannaməsi regional iqtisadi əməkdaşlığın dərinləşməsinə istiqamətlənib. Bunun heç bir hansısa digər dövlətə qarşı istiqamətlənməsi məsələsi düzgün dəyərləndirmə kimi qəbul oluna bilməz. Çünki faktiki olaraq formalaşan reallıqlar çərçivəsində iki ölkə bu yeni çağırışlara birgə adekvat reaksiyanı nümayiş etdirmiş olur. Bu, kifayət qədər adekvat yanaşmanın göstəricisidir. Hər iki dövlət başçısı tərəfindən faktiki olaraq mürəkkəbləşən beynəlxalq iqtisadi münasibətlər müstəvisində ölkələrimizin bu tip iqtisadi, ticari yanaşmalarla regional iqtisadi inteqrasiyaya yönəlik siyasətlə dünyada formalaşan çağırışlara reaksiya verilməsi Türkiyə və Azərbaycanın rəqabət qabiliyyətliliyinin beynəlxalq bazarlarda gücləndirilməsinə şərait yaratmalıdır".
Bölməyə aid digər xəbərlər