Day, Month 00, Year
00: 00: 00 AM
Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı barədə yeni proqnoz

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycan iqtisadiyyatı 1,9% böyüyəcək.
AİB-in yaydığı məlumatda bildirilir ki, ölkə daxilində və xaricdə tələbatın yüksəlməsi ilə artımın 2021-ci ildə bərpa olunaraq 1,9% təşkil etməsi və 2022-ci ildə sürətlənməsi proqnozlaşdırılır.
İstehlakçı əminliyinin bərpa olunması və neft gəlirlərinin dövlət investisiyaları üçün əlçatar olması ilə, neft sektorunda artımın iqtisadiyyatın qalan hissəsinin inkişafından geridə qalması proqnozlaşdırılır.
Azərbaycan COVID-19 peyvəndi üçün müxtəlif təchizat mənbələrinə malikdir, artıq peyvəndləşdirməni başlayıb və 2021-ci ilin sonuna qədər əhalinin 20%-nin peyvəndləşdirilməsi gözlənilir.
Təklif sahəsinə gəldikdə, sənaye sektorunda 2021-ci ildə 2,1% və 2022-ci ildə 2,9% artımın baş verməsi və bu artımda qaz hasilatının artmasının və tikinti sektorunun yenidən canlanmasının aparıcı qüvvə olması proqnozlaşdırılır. Dövlət dəstəyi və fermerlərin maliyyə vəsaitinə daha asan çıxış əldə edə bilməsi, o cümlədən istehsal məsrəflərinin azalması üçün yeni subsidiyanın verilməsi hesabına kənd təsərrüfatının hər iki ildə 3,5% səviyyəsində artım nümayiş etdirməsi gözlənilir.Hökumətin Azərbaycanla Ermənistan arasında münaqişədən zərər çəkmiş ərazilərin yenidən qurulması ilə bağlı planları 2021 və 2022-ci ildə tikintiyə ciddi təkan verəcək.Pərakəndə ticarət və turizmin yenidən canlanması nəticəsində 2021-ci ildə xidmətlərdə 2,8% və 2020-ci ildə 4% artımın baş verməsi gözlənilir
Tələbata gəldikdə, əmək haqları və dövlət xərclərinin artmasının ev təsərrüfatının gəlirlərinə güclü müsbət təsir göstərməsi nəticəsində istehlakın 2021-ci ildə 2,1% və 2022-ci ildə 2,5% artması gözlənilir.COVID-19 ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və hökumət tərəfindən özəl şirkətlərə davamlı dəstəyin verilməsi fərdi istehlakı artıracaqdır. Xüsusilə 2021-ci ildə, xərclərin artması hökumətin istehlakını artıracaq, lakin gəlirlərin artması hökumətə dövlət investisiyalarını artırmağa imkan verəcək və özəl investisiyalar, eyni zamanda, makroiqtisadi perspektivləri yaxşılaşdıracaqdır. Yüksək qiymətlər hesabına neft ixracının artması və Trans-Adriatika Boru Kəmərinin inşaatının sona gəlməsi nəticəsində Avropaya qaz ixracının artması ilə xalis ixracda 2021 və 2022-ci illərdə artım baş verməlidir. Daxili tələbatın artması idxalın artmasına təkan verəcək, lakin ixracın daha sürətli artması proqnozlaşdırılır
Benzin qiymətlərinin 10%, dizel qiymətlərinin 33% artması və ev təsərrüfatlarına tətbiq edilən su tarifinin iki qat artmasını əks etdirərək, inflyasiya tempinin 2021-ci ildə artaraq, 3,5% təşkil etməsi proqnozlaşdırılır. Daxili ərzaq qiymətlərində proqnozlaşdırılan azalma nəticəsində 2022-ci ildə inflyasiya 3%-ə düşməlidir. Digərkommunal tariflər artırılarsa, inflyasiya daha yüksək ola bilər. İdarə olunan valyuta məzənnəsi rejimi idxal qiymətlərinin inflyasiyaya təsirini məhdudlaşdırmalıdır
Büdcə kəsirinin daha da artaraq, ÜDM-un 4,2%-ə bərabər olacağını və sosial xərclərin yüksək səviyyədə qalacağını nəzərə alaraq, genişləndiricii fiskal siyasətin həyata keçirilməsi 2021-ci ildə davam edəcək. Gəlirlərin bərpa olunması və xərclər ilə bağlı fiskal qaydanın təkrar tətbiq edilməsi nəticəsində büdcə kəsiri 2022-ci ildə 0,7%-ə düşəcəkdir. Vergi tətilinin sona gəlməsi və kölgə iqtisadiyyatının rəsmiləşdirilməsi istiqamətində tədbirlərin görülməsi nəticəsində vergi yığımı artacaqdır. Büdcə gəlirlərinin 2021-ci ildə artaraq ÜDM-un 34,5% təşkil etməsi və ondan sonra, ARDNF-dan transferlərin azalması nəticəsində 2022-ci ildə 33.7%-ə qədər düşməsi proqnozlaşdırılır. Xərclərin 2021-ci ildə ÜDM-un 38,7%-nə qədər artması və fiskal nəzarətin bərpa olunması nəticəsində 2022-ci ildə 34,7%-ə qədər düşməsi proqnozlaşdırılır. 2021-ci ilin büdcəsində pandemiya tədbirlərinə ayrılan vəsait ÜDM-un 2,8%-nə bərabərdir və COVID-19-dən zərər çəkənlər üçün pulsuz tibbi yardım, ümumi pulsuz peyvəndləşdirmə, tibbi işçilər üçün əmək haqqının müvəqqəti artımı, dövlət müəssisələri üçün kompensasiyalar və ən aztəminatlı şəxslərə və firmalara dəstəyin təmin edilməsini daxil edir. Hökumət özəl şirkətlərə kredit zəmanətləri və subsidiyaların verilməsi vasitəsilə 2021-ci ildə sahibkarlara dəstək verməyə davam edəcək. İqtisadi artımın yenidən başlanması gözlənilməklə, dövlət borcunun 2021-ci ilin sonunda ÜDM-un 21,1%-inə qədər və bir il sonra 20%-nə qədər düşməsi proqnozlaşdırılır.
Monetar siyasətin inflyasiyaya nəzarət istiqamətində aparılması , lakin eyni zamanda iqtisadiyyatın bərpasını dəstəkləməsi gözlənilir. Fiskal stimulların davamlı şəkildə təmin edilməsi və özəl sektora kreditin yenidən artması nəticəsində geniş mənada pul kütləsinin artması proqnozlaşdırılır. Ticarət balansının müsbət saldosunun yenidən yaranması nəticəsində manatın üzərindən təzyiqin alınmasına görə valyuta məzənnəsi sabit qalmalıdır. Mərkəzi bank tərəfindən likvidliyin adekvat səviyyədə saxlanması, lakin lazım olduğundan artıq olmaması üçün xarici valyuta bazarı yaxından izlənəcək və Mərkəzi Bankın depozit hərracları və qısamüddətli istiqrazlarından istifadə ediləcəkdir.
Azərbaycanın növbəti 2 ildə xarici mövqeyi karbohidrogen qiymətlərindən asılı olacaq. Neft qiymətləri və neft hasilatının bərpa olunması ilə cari əməliyyatlar hesabının 2021-ci ildə ÜDM-un 3,9%-ə və 2022-ci ildə 5,5%-ə bərabər olması ilə profisit yaratması proqnozlaşdırılır. Bütün ixrac maddələrinin, xüsusilə, neft , meyvə və pambığın 2021-ci ildə 29,2% və 2022-ci ildə 0,7% artması proqnozlaşdırılır. İqtisadiyyatın bərpası nəticəsində gəlirlərin və istehlakçı xərclərinin artması ilə idxalın 2021-ci ildə 9,2% və 2022-ci ildə 2,7% artması proqnozlaşdırılır. Nəqliyyat və turizmin tədricən düzəlməsi ilə xidmət kəsiri azalacaqdır, lakin daha yüksək neft gəlirlərinin mənfəətin xaricə repatriasiyasına təkan verəcəyinə görə gəlir hesabının kəsiri böyük ehtimal ilə artacaqdır.ARDNF-un aktivləri daxil olmaqla, ümumi ehtiyatların 2021-ci ilin sonunda bir qədər artaraq 50,1 milyard ABŞ dolları və, səmərəli idarəetmə ilə, bir il sonra 50,4 milyard ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır. Xarici dövlət borcunun və dövlət zəmanəti ilə alınan xarici borcun 2021-ci ilin sonuna ÜDM-un 20% ekvivalentinə qədər və bir il sonra 18,4%-ə düşməsi proqnozlaşdırılır.


Tarix: 28-04-2021, 12:38 Oxunub: 233


Bölməyə aid digər xəbərlər