Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Buğda və qarğıdalı qiymətləri üç ilin rekordunu keçdi

Baxış: 90
Buğda və qarğıdalı qiymətləri üç ilin rekordunu keçdi


Çikaqo Ticarət Birjasında (CBOT) qarğıdalı və buğda qiymətləri üç ilin ən yüksək həddinə çatıb.

Qarğıdalı qiymətləri ABŞ məhsulunun azalması ilə bağlı narahatlıqlar səbəbindən yüksəlir. Ayova və İllinoys ştatlarından gələn ilkin məlumatlar bu ilki məhsulun keçən ilkindən daha aşağı olacağını göstərir. Ölkənin aparıcı qarğıdalı istehsalçıları olan bu iki ştat həm həddindən artıq isti, həm də şiddətli qasırğalarla üzləşib.

Avqsutun 24-də ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) ölkə daxilində qarğıdalı məhsulu şəraitinin analitiklərin gözlədiyindən daha çox pisləşdiyini bildirib.
Ən çox ticarət edilən qarğıdalı fyuçerslərinin qiyməti ticarət zamanı 2023-cü ilin iyul ayından bəri ən yüksək həddə - buşel üçün 5,30 dollardan yuxarı qalxıb.

Buğda qiymətlərinin artması Rusiya-Ukrayna münaqişəsi nəticəsində gəmiçilik problemləri və liman infrastrukturuna dəyən ziyan səbəbindən Qara dəniz limanlarından taxıl ixracının kəskin məhdudlaşması ilə əlaqədardır.

Qeyd edək ki, Ukrayna limanlarının və Rusiyanın Azov limanlarının ardınca, Novorossiysk Taxıl Zavodu da 12 avqust 2026-cı ildə dron hücumundan sonra taxıl ixracını dayandırıb. İnfrastrukturun bərpası bir aydan dörd aya qədər vaxt apara bilər.
Bunların nəticəsi ilaraq buğda qiymətləri də son 3 ilin ən yüksək həddinə – 1 buşel üçün 7,2175 dollara yüksəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.