22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
2021-ci ilin əvvəlindən beynəlxalq borc bazarlarında istiqraz və digər qiymətli kağızların buraxılışı dəfələrlə artıb. Əsas emitentlər inkişaf etməkdə olan ölkələrin hökumətləri və şirkətləridir. Marja Dealogic araşdırma şirkəti və Moody’s Investor Service-ə istinadla xəbər verir ki, avrobondlar - əsasən dollar, avro və yendə buraxılan beynəlxalq istiqrazlar hesabına rekord məbləğdə - 191 milyard dollarlıq borc vəsaitləri cəlb olunub. Bununla belə, investorlar koronavirus pandemiyasının növbəti dalğası səbəbindən bir çox ölkədə risklərin yüksək olaraq qalmasından ehtiyatlanır.
Araşdırmalar birinci rübdə qiymətli kağız buraxılışlarının xüsusən investisiya reytinqi həddən artıq aşağı olan borcalanlar arasında artdığını göstərir, bu isə daha riskli aktivlərə marağın artması deməkdir. “Burda həm tələb, həm də təklif var.” - Moody”s agentliyinin inkişaf etməkdə olan bazarlar üzrə rəhbəri Atsi Şet bildirir:“Təklif baxımından, inkişaf edən bazarlarda hökumətlər və korporasiyalar səviyyəsində maliyyələşmə ehtiyacları artır, tələb baxımından isə - hələ də qlobal maliyyə şərtləri kifayət qədər likviddir və əllərində pulu olan investorlar gəlir gətirən sahələr axtarır”.
Fransanın ən iri investisiya banklarından Société Générale-nin inkişaf edən bazarlar üzrə strateji analitiki Foeniks Kalen bildirir:“2021-ci lin əvvəlində biz elə bir məkanda idik ki, burda hər şey hələ də əlverişli görünürdü. İnkişaf edən ölkələrin valyutaları yüksəlirdi, ABŞ-da inflyasiya və istiqrazların gəlirliliyi artmamışdı və bir sıra hökumət rəsmiləri, o cümlədən maliyyə nazirləri və iri şirkətlərin xəzinədarları köhnə və daha bahalı borclarını bağlamaq üçün cəlbedici gəlirlilikdən istifadə edib vəsaitlər ala bildilər”.
İsveçrənin investisiya bankı və maliyyə xidmətləri şirkəti UBS-in baş iqtisadçısı Arend Kapteyn“ev təsərrüfatlarının izolyasiyadan çıxdıqdan sonra xidmətlərə daha çox, mallara daha az pul xərcləyəcəyini, bunun isə kütləvi çevrilmə effelkti yaradaraq, əsas istehlak mallarının iri istehsalçıları olan inkişaf etməkdə olan ölkələrin əleyhinə işləyəcəyini”proqnozlaşdırır. Onun həmkarı Bhanu Bveja isə bildirir ki:“İstiqraz qiymətlərini qaldıran əsas hərəkətverici qüvvələr – spredin daralması, yüksək əmtəə qiymətləri və qlobal ticarətdə artım – bütün bunlar artıq baş verib. Bundan belə kredit spredləri daralmaq əvəzinə daha da genişlənəcək”.
Bölməyə aid digər xəbərlər