21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
Hələ də bir çox ölkələrin pandemiyadan əziyyət çəkdiyi bir vaxtda iqtisadiyyatın çarxlarının necə dönəcəyinə dair proqnozlar fərqlənir, fikirlər haçalanır. Marja Reuters-in 500-dən artıq iqtisadçı və ekspert arasında keçirdiyi eksklüziv sorğunun nəticələrini təqdim edir.
Rəy sorğusunun əhatə etdiyi 44 ölkədəki mütəxəssislərin 55%-i üç ay öncəki vəziyyətlə müqayisədə proqnozlarını yaxşılaşdırıb və ABŞ-ın 1984-cü ildən bəri ən yaxşı illik artım tempinə nail olacağını, Çinin isə pandemiyadan əvvəlki iqtisadi mövqeyinə geri dönəcəyini bildirib. Böyük Britaniyanın HSBC bankının baş qlobal iqtisadçısı Janet Henrinin fikrincə,“hazırda COVID-19-la mübarizə davam etsə də, dünya iqtisadiyyatının sinxronlaşmış bərpası prosesi gedir. Proqnozlara görə, nəzərdən keçirilən hər bir iqtisadiyyatda ÜDM artımının əhəmiyyətli dərəcədə bərpası baş verəcək”.
Pandemiyanın dünya iqtisadiyyatını indiyə qədər görünməmiş resessiyaya salmasına baxmayaraq, ekspertlər bu il qlobal miqyasda 1970-ci illərdən bəri ən sürətli artımın -5,9% böyümənin olacağını proqnozlaşdırır(yanvarda bu proqnoz 5,3% ətrafında idi).Bu rəqəm Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı 6%-dən cüzi az olsa da, 74 respondentin 30%-i artımın BVF-nın gözləntilərini də aşacağını ehtimal edir. 178 iqtisadçının 152-si, yaxud 85%-i böyümənin öncəki ehtimallardan daha sürətli olacağını, qalan 26 nəfər isə artımın yavaş templərlə davam edəcəyini qeyd edib.
Ümumi iqtisadi artımda proqnozlar nikbin olsa da, iş yerlərinin bərpası ilə bağlıo qədər də ümidverici gözlənti yoxdur. Dünya ölkələrinin iqtisadiyyata səpələdiyi trilyon dollarlarla ölçülən vəsaitlər vəziyyəti nisbətən yaxşılaşdırıb, lakin hələ də bir çox insanın işsiz qalacağı bildirilir.
Həmçinin, 44 ölkədən iqtisadçıların 70%-i inflyasiya ilə bağlı proqnozlarını artırıb. Barclays bankının analitiklərinin fikrincə:“ Hazırda əsas risk ondan ibarətdir ki, Fed pandemiya məhdudiyyətlərindən tələsik çıxmaq kursu götürüb, bu isə onsuz da limitlərdən yüksək olan cari bazar qiymətləri ilə müqayisədə daha aqressiv fiskal siyasət deməkdir. Nəticə etibarilə ABŞ-da inflyasiya 2021-ci ilin ortalarında artacaq, lakin il sonunda azalmağa doğru gedəcək”.
Bölməyə aid digər xəbərlər