
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, müvafiq tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən "Gürcüstan Dəmir Yolları" SC ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl "Oxu.az" Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatının 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacağını yazıb.






































