Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya hökuməti yeni qərar verdi - Azərbaycanlılara da təsiri olacaq

Baxış: 63
Rusiya hökuməti yeni qərar verdi - Azərbaycanlılara da təsiri olacaq


Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin Rusiya ərazisində müvəqqəti qalma müddətini 180 günə qədər artırıb.

Müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc edilib.

Sənədə əsasən, MDB-yə üzv dövlətlərin, habelə Gürcüstanın beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülər vizasız qaydada Rusiyaya daxil olduqları halda, bir təqvim ili ərzində ümumilikdə 180 günədək ölkədə qala biləcəklər.

Bu imkan yalnız həmin şəxslər müəyyən edilmiş qaydada Rusiyaya giriş və ölkədə qalmaq (yaşamaq) məqsədilə ərizə təqdim etdikdə tətbiq olunacaq. Qərar 30 iyun 2026-cı il tarixindən qüvvəyə minir.(oxu.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.