Ətin qiymətində UCUZLAŞMA gözləntisi
Tarix: Bu gün, 09:00
/
Baxış: 45
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 902 baş diri iribuynuzlu ətlik heyvan idxal olunub.
İdxal edilən bir baş iribuynuzlu ətlik heyvanın orta gömrük dəyəri təxminən 375 dollar (638 manat) olub. İribuynuzlu ətlik heyvanların 1 105 başı Rusiyadan, 4 797 başı Gürcüstandan gətirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qara idxalı 2,8 dəfə azalıb. Belə ki, ötən il Rusiyadan (9644 baş), Qazaxıstandan (2538 baş) və Gürcüstandan (1839 baş) Azərbaycana 14 min 21 baş iribuynuzlu ətlik heyvan idxal edilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan mal-qaranın gömrük dəyəri də kəskin şəkildə aşağı düşüb. Əgər ötən ilin ilk 2 ayında Rusiyadan idxal edilən mal-qaranın bir başının orta gömrük dəyəri 1036 dollar (1761 manat), Gürcüstandan isə 442 dollar (752 manat) olubsa, bu ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 674 dollar (1146 manat) və 306 dollar (520 manat) olub.
Lakin bütün bunlar ət bazarında gözlənilən ucuzlaşmanı yaratmayıb. Əksinə, idxal həcminin 2,8 dəfə azalması, həmçinin bir baş mal-qaranın orta gömrük dəyərinin ötən illə müqayisədə kəskin enməsi fonunda istehlakçılar qiymət artımı ilə üzləşirlər.
İdxal azalır, maya dəyəri aşağı düşürsə, o zaman ət niyə bahalaşır?
İqtisadçı Əkrəm Həsənov bildirib ki, ətin bahalaşmasının əsas səbəbi ölkədə sağlam biznes mühitinin formalaşmaması və kənd təsərrüfatı potensialından düzgün istifadə edilməməsidir: “Azərbaycanda ətin qiymətinin qalxması və idxala ehtiyac yaranması ölkədə sahibkarlıq üçün əlverişli şəraitin olmadığının göstəricisidir. Bu səbəbdən kənd təsərrüfatı lazımi səviyyədə inkişaf etmir. Nəticədə daxili istehsal azalır, idxala ehtiyac yaranır ki, bu da təbii olaraq qiymət artımına gətirib çıxarır. Torpaq resurslarından qeyri-səmərəli istifadə və aqrar sektorda rəqabət mühitinin zəifliyi dəəsas problemlərdən biridir. Fermerlər üçün maliyyə resurslarının əlçatan olmaması, subsidiyaların qeyri-effektiv bölgüsü və bazara çıxış imkanlarının məhdudluğu istehsalın artmasına mane olur. Əslində Azərbaycanda həm iqlim, həm də torpaq baxımından heyvandarlığın inkişafı üçün kifayət qədər potensial var. Amma bu potensialdan düzgün istifadə olunmur. Fermerlər üçün real şərait yaradılmadıqca, onların fəaliyyətinə kənar müdaxilələr azaldılmadıqca, bu sahədə ciddi irəliləyiş gözləmək çətindir”.
Əkrəm Həsənovun fikrincə, idxaldan asılılığın artması daxili bazarı xarici təsirlərə qarşı həssas edir: “Belə ki, dünya bazarında qiymətlərin dəyişməsi, logistika xərclərinin artması və ya tədarük zəncirində yaranan problemlər birbaşa Azərbaycan bazarına ötürülür.
Problemin həlli üçün kompleks yanaşma tələb olunur və ilk növbədə qanunun aliliyi təmin edilməlidir”, deyə o bildirib.
Digər xəbərlər
Xəbər lenti
10:38
23-04-2026
23-04-2026
10:20
23-04-2026
23-04-2026
09:47
23-04-2026
23-04-2026
09:41
23-04-2026
23-04-2026
09:37
23-04-2026
23-04-2026
09:33
23-04-2026
23-04-2026
09:24
23-04-2026
23-04-2026
09:19
23-04-2026
23-04-2026
09:11
23-04-2026
23-04-2026
09:00
23-04-2026
23-04-2026
22:11
22-04-2026
22-04-2026
21:48
22-04-2026
22-04-2026
21:18
22-04-2026
22-04-2026
20:43
22-04-2026
22-04-2026
20:33
22-04-2026
22-04-2026
20:16
22-04-2026
22-04-2026
19:44
22-04-2026
22-04-2026
19:34
22-04-2026
22-04-2026
19:14
22-04-2026
22-04-2026
18:51
22-04-2026
22-04-2026
18:31
22-04-2026
22-04-2026
18:21
22-04-2026
22-04-2026
17:49
22-04-2026
22-04-2026
17:33
22-04-2026
22-04-2026
17:17
22-04-2026
22-04-2026
16:53
22-04-2026
22-04-2026
16:23
22-04-2026
22-04-2026
16:00
22-04-2026
22-04-2026
15:46
22-04-2026
22-04-2026
Ən çox baxılanlar
Sahibkarlıq
2026-da bostançılıq kənd biznesini gücləndirir
22-04-2026 22:11
/
162
Tərəvəz istehsalı ilə davamlı gəlir qurmaq
22-04-2026 21:48
/
144
Bostançılıqda məhsul keyfiyyəti satışa təsir edir
22-04-2026 21:18
/
171
2026-da bostançılıq bazarı genişlənir
22-04-2026 20:43
/
135
Tərəvəz istehsalında innovasiya gəliri artırır
22-04-2026 20:33
/
135
Bostançılıq sahibkarlıq üçün əlverişli sahədir
22-04-2026 20:16
/
135































