Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

​“Bizdəki vergi dərəcəsi regionda ən aşağı göstərici olacaq”

Baxış: 234
​“Bizdəki vergi dərəcəsi regionda ən aşağı göstərici olacaq”


“Vergi Məcəlləsinə dəyişikliklər qeyri-neft və özəl sektorda əməkhaqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır”.

“Bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. 

“Məlum olduğu kimi, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərdə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. İslahatlar nəticəsində əmək müqavilələrinin sayında 2 dəfəyə qədər, əməkhaqqı fondunda isə 2 dəfədən çox artımlar əldə edilib. 2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14%, 2500 manatdan çox gəlirlər üzrə isə 25% tətbiq olunmalıdır.

Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəclərinin olduğu kimi yenidən bərpasını deyil, yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur. Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14% əvəzinə, 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu, region ölkələri arasında ən aşağı göstərici olacaq”, - komitə sədri bildirib.​​​​

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.