Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Buğdanın qiyməti minimuma endi

Baxış: 145
Buğdanın qiyməti minimuma endi


Buğdanın qiyməti ABŞ və Çin arasında gərginləşən ticarət münasibətləri fonunda son beş ilin minimum səviyyəsinə enib.
Sahibkartv.az Bakupost.az-a istinadən xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, bir buşel (təxminən 38,7 kiloqram) buğdanın qiyməti 4,9 dollar təşkil edib. Bu, 2020-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
Məlumata əsasən, buğdanın qiyməti artıq dörd gündür ardıcıl olaraq ucuzlaşır.
ABŞ-nin bazar araşdırmaları ilə məşğul olan “Hightower Report” şirkətinin hesabatında qeyd olunur:
“Dünyada buğdaya tələbat daimi olsa da, hazırda ehtiyatların çoxluğu səbəbindən istehlakçılar tərəfindən aktiv alışa ehtiyac duyulmur.”
Agentlik bildirir ki, ABŞ və Çin arasında ticarət əlaqələrinin pisləşməsi həm də ABŞ soya məhsullarına olan tələbatın azalmasına gətirib çıxarıb.
Oktyabrın 9-da Çin Ticarət Nazirliyi nadir torpaq metallarının və onlarla bağlı texnologiyaların ixracına nəzarəti sərtləşdirən iki sənəd açıqlayıb. Ardınca, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, noyabrın 1-dən etibarən Çin məhsullarına tətbiq edilən rüsumlar 100 faizədək artırılacaq, həmçinin proqram təminatının ixracına nəzarət tədbirləri gücləndiriləcək.
Nəticədə, ABŞ-nin Çindən idxal olunan mallara tətbiq etdiyi ümumi tariflərin 130 faizə qədər yüksələcəyi ehtimal olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.