Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan iqtisadiyyatı böyüyüb

Baxış: 135
Azərbaycan iqtisadiyyatı böyüyüb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 95 milyard 229,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Sahibkartv.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,9 % artıb.
ÜDM istehsalının 34,2 %-i sənaye, 10,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 20,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.
9 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 9 300 manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.