Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AMB rəsmisi: "5 manat gəliri olana 6 manat borc verilməməlidir"

Baxış: 141
AMB rəsmisi: "5 manat gəliri olana 6 manat borc verilməməlidir"


Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədi zafi borclanmanın qarşısını almaqdır.

Sahibkartv.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

"Biz borclanmaya qarşı deyilik, sadəcə borclanma sağlam formada olmalıdır - 5 manat gəliri olana 6 manat borc verilməməlidir. Gördüyümüz tədbirlər daha çox izafi borclanmanın qarşısını almaq üçündür. Bununla bağlı daha sərt tədbirlər də görülə bilər. Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da artıb, ancaq region ölkələrindən aşağı səviyyədədir", - deyə qeyd edib.

AMB rəsmisinin sözlərinə görə, banklar üzrə Bazel III, sığorta sektoru üzrə isə Solvency II standartlarına keçid nəzərdə tutulur: "Bu istiqamətdə işlər aparılır. Yaxın vaxtlarda bazar risklərinin idarə edilməsinə dair qaydalar müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.