Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

KOBİA rəhbəri: "Halal dəyərin əsası rəqəmlərdə deyil, etimadda özünü göstərir"

Baxış: 230
KOBİA rəhbəri: "Halal dəyərin əsası rəqəmlərdə deyil, etimadda özünü göstərir"


"AZHAB Forumu Azərbaycanda və Cənubi Qafqaz regionunda halal ekosisteminin inkişaf etdirilməsi ölkəmizin iqtisadi inkişafı üçün qlobal halal sənayesinin potensialından faydalanmaq imkanı yaradır".

oxu.a xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, dünyada halal iqtisadiyyat üç trilyon dollara yaxın bir bazarı əhatə edir. Amma halal dəyərin əsası rəqəmlərdə deyil, etimadda özünü göstərir:

"Halal ticarət vicdanlı sahibkarlığın yeni mərhələsidir. Əgər biz iqtisadi münasibətlərimizdə vicdanı, ədaləti və şəffaflığı qorusaq, qazancımız da, cəmiyyətimiz də halal olar. Halal ticarət - halal gələcək deməkdir!"

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.