Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov: "Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb"

Baxış: 133
Mikayıl Cabbarov: "Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb"


Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov IIMilli Rəqabət Forumunda çıxışı zamanı deyib.

O bildirib ki,  avqustun 8-də ABŞ-də sülh gündəliyinə imza atılması bu prosesləri daha da sürətləndirir:
"Bu razılaşma tranzit əlaqələrinin güclənməsinə şərait yaradacaq, həmçinin ölkə iqtisadiyyatına marağı artıracaq.

Regional inteqrasiyanın güclənməsi ölkəmizin iqtisadi inkişafına, qeyri-neft sektorunun diversifikasiyasına və uzunmüddətli rəqabət qabiliyyətinin möhkəmlənməsinə mühüm töhfələr verəcək.

İqtisadi siyasətin əsas istiqamətlərində olan qeyri-neft-qaz sektorunda 2021-2024-cü illərdə hər il orta hesabla 6,7% artıb və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib. Bu göstəricinin bu ilin sonuna qədər 70%-ə çatacağını proqnozlaşdırırıq. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. 

2025-ci ilin 8 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna investisiyalar 15% artıb. Bu sektorda əsas kapitala yönəldilən investisiyalar artaraq 8,2 milyard manat  təşkil edib. Bu ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36% artıb".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.