
Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 759 min 945 ton buğda idxal edilib. Bu həcmdə buğdanın dəyəri 163 milyon 501 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə, idxal həcmində 180 019 ton (31%), dəyərində isə 35 milyon 140 min ABŞ dolları (27,3%) artım müşahidə olunub.
Hesabat dövründə buğda idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 1,1%-ni təşkil edib.

































