Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb? - QİYMƏTLƏR

Baxış: 241
Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb? - QİYMƏTLƏR


"Kirayə bazarında mənzil satış bazarında olduğu kimi artım müşahidə olunur. Əgər bir qədər əvvəlki dövrə diqqət etsək görərik ki, 2023-cü illə müqayisədə 2024-cü ildə kirayə qiymətləri orta hesabla 10-12 faiz artıb".

Bu sözləri baku.ws-ə açıqlamasında əmlak məsələri üzrə ekspert Aqil Tağıyev bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə isə bu artım 13-15 faiz səviyyəsində davam edib və indi də edir:

"Bir otaqlı mənzillərin qiyməti 300 manatdan 400 manata yüksəlib, iki otaqlı mənzillərin qiyməti isə 700 manatdan 800-900 manata çatıb. Üç otaqlı mənzillər isə iki otaqlılara nisbətən ucuz 600-650 manat civarında təqdim olunur.

Bahalaşma əsasən mərkəzi rayonlarda daha çox hiss olunur. Yasamal, Nəsimi və Səbail rayonlarında kirayə qiymətlərində ciddi artım müşahidə edilib. Bu artım tələb və təklifin mərkəzdə daha çox toplanması ilə bağlıdır. Yəni nəzərə almaq lazımdır ki, əksər iş yerləri, dövlət idarələri, ali təhsil müəssisələri bu ərazilərin payına düşür. Ucuzlaşma isə ümumiyyətlə müşahidə olunmayıb, əksinə bütün ərazilərdə artım tendensiyası davam edir. Yeni tədris ilinin yaxınlaşdığını nəzərə alsaq, tələbin və paralel olaraq da qiymətin bir qədər artacağı da gözləniləndir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.