Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
Tarix: 7-04-2025, 16:00
/
Baxış: 948
Azərbaycanda problemli kreditlərin məbləği artmaqda davam edir. Belə ki, bu il martın 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 6,9 %, son 1 ildə isə 2,3 % artım deməkdir.
Problemli kreditlər niyə artır? Bu tendensiya vətəndaşlara və ölkəyə nə vəd edir?
İqtisadçı Elçin Rəşidov deyib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri inflyasiyadır:
"Real gəlirlərin azalması kreditlərin ödənişlərində də problemlər yaradır. Digər məsələ əmək bazarındakı gərginliklə bağlıdır. Bəzi insanlar kredit götürdükdən sonra işsiz vəziyyətə düşür və banka olan borcları qaytarmaqda çətinlik çəkirlər. Həmçinin bir sıra banklarda yoxlamaların zəifləməsi ayrı-ayrı kredit mütəxəssislərinin düzgün olmayan qaydalarla kredit verməsinə səbəb ola bilir. O cümlədən, bankların maliyyələşdirilməsi və Azərbaycan Mərkəzi Bankından (AMB) aldıqları borcun faiz dərəcəsinin artması, ümumi kredit - bankların siyasətində faiz dərəcələrinə təsir edir. Təbii ki, bu, kreditlərin ödənişində problem yaradır. Ayrı-ayrı sektorlarda müşahidə olunan çətinliklər də problemli kreditlərin artmasına yol açan amillərdəndir. Tutaq ki, kredit götürən tikinti şirkəti hər hansı səbəbdən bürokratiya ilə üzləşirsə, yaxud mənzilləri sata bilmirsə, bu, onların iflasına və nəticədə bank borclarının ödənilməməsinə gətirib çıxara bilər".
Ekspert bildirib ki, Ümumi daxili məhsulun (ÜDM), neft istehsalının azalması kimi məsələlər də əhalinin gəlirinə mənfi təsir edir:
"Hazırda problemli kreditlərin artımı ümumi bank sektorunun zəifləməsinə səbəb olur. Bilirsiniz, vaxtilə bəzi banklar problemli kreditlərə görə iflas olmuşdular. Belə hallar həm də depozit faizlərini azalda, ölkədə ümumi maliyyə sabitliyini poza bilir. Prosesin ümumi iqtisadi aktivliyə də zərərləri mümkündür. Banklar kredit verərkən daha ehtiyatlı davranmağa çalışırlar, xüsusən sahibkarlar lazımi kreditləri tapa bilmirlər. Bu, istehlakçılara da aiddir. O cümlədən, investorların banklara etimadının azalması nəticədə daha az yatırım etmələrinə gətirib çıxarır. Hesab edirəm ki, AMB başda olmaqla, maliyyə qurumları tədbirlər həyata keçirməlidirlər. Problemli kreditlərin artması ciddi siqnaldır".
İqtisadçı qeyd edib ki, ilk növbədə Azərbaycan Mərkəzi Bankı çətin vəziyyətdə olanların müəyyən edilməsi qaydalarını təyin edərək onlar üçün xüsusi dəstək fondu yarada bilər:
"Daha uzunmüddətli yollardan biri banklara nəzarətin gücləndirilməsidir. AMB bankların risk idarə etməsini, kredit portfelini gələcəkdə nəzərdən keçirərək onların düzgün qərarlar verməsinə nail ola bilər. Əhali arasında isə maliyyə savadlılığı artırılmalıdır. Çünki bəzən insanlar istehlakçı kreditlərini doğru qiymətləndirmədən götürürlər".**globalinfo.az
Digər xəbərlər
Xəbər lenti
14:12
05-09-2026
05-09-2026
12:44
05-09-2026
05-09-2026
12:22
05-09-2026
05-09-2026
12:11
05-09-2026
05-09-2026
11:32
05-09-2026
05-09-2026
11:14
05-09-2026
05-09-2026
11:11
05-09-2026
05-09-2026
11:00
05-09-2026
05-09-2026
10:52
05-09-2026
05-09-2026
10:51
05-09-2026
05-09-2026
10:27
05-09-2026
05-09-2026
10:22
05-09-2026
05-09-2026
09:41
05-09-2026
05-09-2026
22:11
04-09-2026
04-09-2026
20:33
04-09-2026
04-09-2026
20:16
04-09-2026
04-09-2026
19:44
04-09-2026
04-09-2026
19:34
04-09-2026
04-09-2026
19:14
04-09-2026
04-09-2026
18:31
04-09-2026
04-09-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Əkinçilikdən Tikintiyə: Sahibkarlığın Böyütdüyü Yeni İqtisadi Güc
04-09-2026 22:11
/
243
İstehsal Güclənir, Quruculuq Genişlənir, Sahibkarlıq Yeni Mərhələyə Keçir
04-09-2026 21:48
/
216
Sahibkarın Təşəbbüsü Tarlada Məhsula, Tikintidə Yeni Obyektə Çevrilir
04-09-2026 21:18
/
234
Yeni Təsərrüfat və Tikinti Layihələri Regionlara İqtisadi Canlanma Gətirir
04-09-2026 20:43
/
198
Bostançılığın İnkişafı Yerli Məhsulun Bazardakı Payını Artırır
04-09-2026 20:33
/
180
Əkinçilikdən Quruculuğa Sahibkarlıq Yeni İnkişaf Sahələri Açır
04-09-2026 20:16
/
180






































