14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Dekabrın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin İclasında dörd məsələyə baxılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, komitə sədri Tahir Mirkişili bildirib ki, Azərbaycanın qalibiyyət əldə etməsində iqtisadi potensialın çox ciddi rolu olub, iqtisadi güc qələbələrə və hərbi gücə transformasiya olunub, qələbə qarşımızda yeni çağırışlar qoyub.
Sonra iclasda iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov gündəlikdəki iki məsələni - “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini və “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edib. O əlavə edib ki, indi işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində ciddi çağırışlar var və bu prosesdə maliyyə sektoru daha ciddi rol oynamalıdır.
Sonra Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən Elman Rüstəmov deputatların nəzərinə çatdırıb ki, ölkəmizdə 2016-cı ilin martından tətbiq olunan əmanətlərin tam sığortalanması qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyinin qorunmasında, bank sistemində sabitliyin tam təmin edilməsində, əmanətçilərin bank sisteminə etibarının artırılmasında mühüm rol oynayıb.
İclasda bildirilib ki, dörd il doqquz ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb. Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.
Bildirilib ki, beynəlxalq təcrübə əmanətlərin tam sığortalanması sxemindən çıxış üçün effektiv strategiyanın olması vacibliyini göstərir. Bununla əlaqədar “Əmanətlərin sığortalanması haqqında” qanun layihəsində fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması təklif olunur. Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək. Həmçinin, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması təklif olunur.
Elman Rüstəmov bildirib ki, fərdi sahibkarların banklardakı vəsaitlərinin sığortalanması təcrübəsi inkişaf etmiş və inkişaf etməkdə olan bir sıra ölkələrdə, o cümlədən Böyük İyirmilik ölkələrində, Qazaxıstan, Rusiya, Polşa, Malayziya, Cənubi Koreya və Estoniyada tətbiq edilib.
Yeni qanun layihəsinə görə, notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması da nəzərdə tutulur ki, bu dəyişiklik notariuslar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları, xüsusilə ev alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasını daha da gücləndirəcək.
Qanun layihələrinin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Mahir Abbaszadə, Ziyad Səmədzadə, Rüfət Quliyev, Aydın Hüseynov, Məzahir Əfəndiyev çıxış edərək rəy və təkliflərini bildiriblər.
İclasda “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib. Bildirilib ki, qanun layihəsi kommersiya təşkilatları tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi qaydasının iri sahibkarlıq subyektləri ilə eyni hüquqi rejimə gətirilməsi nəzərdə tutulur.
Deputatlar qanun layihəsinə edilən dəyişikliyi müsbət qiymətləndiriblər.
Komitə iclasının yekununda Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb. Bu barədə məlumat verən Tahir Mirkişili bildirib ki, Hesablama Palatasının son illərdə apardığı audit fəaliyyəti nəticəsində dövlət büdcəsinə 130 milyon manatdan çox vəsait bərpa olunub. Bütün bu proseslərin təkmilləşdirilməsində Vüqar Gülməmmədovun xidmətləri var. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyini məqsədəuyğun hesab edir.
Komitə üzvləri məsələyə müsbət münasibət bildirdikdən sonra Vüqar Gülməmmədov göstərilən etimada görə təşəkkür edib.
İclasda aparılan fikir mübadiləsinin yekununda müzakirə edilən məsələlərin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bölməyə aid digər xəbərlər