Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qusarçay üzərindəki körpüdə aparılan bərpa işləri yekunlaşıb

Baxış: 219

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Qusarçay üzərində yerləşən avtomobil körpüsünün bərpası işləri yekunlaşıb. 

AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, aparılan işlər çərçivəsində M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib. Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işləri aparılıb və sonda qurğu yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilib. 

Xatırladaq ki, avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasiləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınmışdı.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.