Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Ozon" satış şirkəti Azərbaycanda fəaliyyətə başlayıb

Baxış: 301


“Ozon Azərbaycanda satışlara başlayıb.
 Azərbaycan sakinləri artıq bazarda elektronikadan tutmuş gözəllik və sağlamlıq məhsullarına qədər 30 milyondan çox məhsul ala bilərlər. Yaxın gələcəkdə Azərbaycanda sifariş üçün mövcud olan malların çeşidi 10 dəfədən çox genişləndiriləcək.
Həmçinin Ozon ölkədə logistika infrastrukturunu - anbar komplekslərini, özünün çatdırılma xidmətini və françayzinq çərçivəsində sifarişlərin qəbulu və verilməsi üçün brend məntəqələr şəbəkəsini inkişaf etdirməyi planlaşdırır.
Gələcəkdə şirkət, həmçinin yerli sahibkarları platformada satışa cəlb etməyi və Azərbaycandan Rusiya və digər MDB ölkələrinə mal axınını həyata keçirməyi planlaşdırır.
 Şirkətin MDB-də Əməliyyatlar və İnkişaf üzrə direktoru Aleksey Sapon qeyd edib ki, Azərbaycan elektron ticarətin artım templərinə görə ən dinamik inkişaf edən ölkələr sırasındadır.
Xatırladaq ki, "Ozon" şirkəti 2021-ci ildən MDB məkanında biznesini  böyüdür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.