Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İstanbul mənzil sayına görə Barselonanı qabaqlayıb

Baxış: 268
Həm mənzil qiymətləri, həm də kirayə qiymətləri havaya qalxıb. İndi ev sahibi olmaq çox, çox çətindir, xüsusən də İstanbulda.

İstanbul Planlama Agentliyinin apardığı araşdırmada İstanbulun mənzil qiymətlərində Barselonanı geridə qoyduğu ortaya çıxıb.

Məlumatı İstanbul Planlaşdırma Agentliyinin sədri Buğra Gökçe paylaşıb...

* Beykoz, Sarıyer və Beşiktaşda satılan orta ev qiymətləri Barselonanın bütün bölgələrindən baha idi.

* Beykoz, Sarıyer, Beşiktaş, Kadıköy, Şile və Bakırköydə satılan orta ev qiymətləri, bir bölgə istisna olmaqla, Barselonanın bütün digər bölgələrindən daha bahadır. Məsələn, Bakırköydə orta hesabla satılan ev qiyməti 10 milyon 300 min olduğu halda, Barselonanın Şərqi Valles bölgəsində də eyni qiymətə ev almaq mümkündür.

* İstanbulun bir çox rayonları mənzil kirayəsi baxımından Barselonadan bahadır. Məsələn, Eyüpsultanda orta mənzil kirayəsi 25 min 513 lirə olduğu halda, Barselonanın Anoia, Bages və Moianes bölgələrində bu qiymətə ev kirayələmək mümkündür.

* İstanbul daxilində orta kirayə qiyməti 22 min 535 lirəyə yüksələrkən, 2018 - 2024-cü illərdə orta satış ev qiyməti yüzdə 888, kirayə qiyməti isə yüzdə 1025 artdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.