13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov müxbirinin suallarını cavablandırıb. Müsahibənin mətnini oxuculara təqdim edirik:
-Trans-Xəzər marşrutunda hansı nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulub? Bu marşrutdan istifadənin digər nəqliyyat dəhlizləri ilə müqayisədə əsas üstünlükləri hansılardır?
-Assosiasiyamız iştirakçıların hamısının maraqlarını təmsil edir. Bu, təsisçilərimiz olan dəniz və dəmir yolu şirkətləridir. Daşımalar iştirakçlarımız tərəfindən dəmir yolu ilə, habelə bərələr və fider gəmiləri vasitəsilə həyata keçirilir. Marşrutumuzu alternativ dəniz yolları ilə müqayisə etsək, burada bizim üstünlüyümüz təbii ki, malların çatdırılma vaxtıdır. Məsələn, Çindən Türkiyəyə TITR vasitəsilə yüklərin çatdırılma müddəti orta hesabla 19-20 gün, dəniz marşrutları ilə isə 35-45 gün çəkir.
Marşrutumuz, həmçinin strateji düşüncə tərzinə sahib olan və Cənub-Şərqi Asiya ilə Avropa arasında tədarük halqalarının diversifikasiyasını quran yük sahibləri üçün yaxşı variantdır.
-Assosiasiya marşrutların inkişafı prosesində hansı əsas problemlərlə üzləşir? Marşrut üzərindəki gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi üzrə hansı tədbirlər görülür?
-Bildiyiniz kimi, 2022-ci ildə dünyada yaranan mürəkkəb geosiyasi şəraitlə əlaqədar TITR üzərindən yükdaşımaların həcmi kəskin şəkildə artdı. Bu, infrastrukturun həddindən artıq yüklənməsinə səbəb oldu və marşrut boyu dəmir yolu sahələrində və dəniz limanlarında tıxaclar yaratdı. Nəticədə infrastruktur məhdudiyyətlərini aradan qaldırmaq və marşrutun potensialını açmaq üçün TITR iştirakçı ölkələri, yəni Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə “Böyük maneələrin sinxron aradan qaldırılması və inkişafı üzrə 2022-2027-ci illər üçün TITR marşrutunun Yol Xəritəsi”ni hazırlayaraq təsdiq ediblər. Bu sənəd marşrutun hər bir hissəsində infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasına, keçid və daşıma qabiliyyətinin artırılmasına yönəlmiş tədbirlər kompleksini nəzərdə tutur.
Biz bütün problemləri üzərində işləmək lazım olan çağırışlar kimi qəbul edirik bunu həyata keçiririk.
- Marşrut boyu mövcud yük axınını necə qiymətləndirirsiniz və qarşıdakı illər üçün proqnozlar necədir? Marşrutun səmərəliliyini artırmaq istiqamətində hansı infrastruktur layihələri həyata keçirilir?
-Ümumilikdə, Assosiasiyanın yarandığı vaxtdan bu günə qədər TITR marşrutu üzrə 10,3 milyon ton yük, o cümlədən 171 minə yaxın iyirmi fut ekvivalent konteyner daşınıb. Cari ilə gəlincə, 6 ay ərzində biz keçən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çox daşıma həyata keçirmişik və konteyner daşımaları artıq 2023-cü ilin bütün ümumi göstəricisini ötüb - konteyner qatarlarının sayı 10,5 dəfə artıb.
Bu günə qədər TITR-in inkişafı və səmərəliliyinin artırılması çərçivəsində Sian limanında (ÇXR) Qazaxıstan terminalının tikintisi başa çatdırılıb, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tikintisinə başlanılıb və “Dostıq” dəmir yolu hissəsində ikinci relslərin - Almatıdan yan keçən Moyıntı dəmir yolu xəttinin, eləcə də Poti limanında konteyner terminalının tikintisinə başlanılıb. Bundan əlavə, Aktau limanında konteyner qovşağının tikintisi, habelə Qazaxıstan tərəfinin Kurık və Bakı limanları arasında hərəkət edəcək öz bərələrini alması planlaşdırılır.
Azərbaycanda Bakı limanının 2-ci mərhələsinin tikintisi davam edir, quru yük körpüsü və liman stansiyalarının ötürücülük imkanları artır, həmçinin Azərbaycan dəmir yollarının modernləşdirilməsi üçün vaqon parkının cəlb edilməsi nəzərdə tutulur; Ələt – Böyük Kəsik hissəsinin tikintisi fəal şəkildə davam edir. Eyni zamanda, rəqəmsallaşma prosesinə böyük diqqət yetirilir.
Gürcüstan tərəfi yükdaşıma dəmir yolunun modernləşdirilməsi üzrə işləri başa çatdırır və 2025-ci ilin sonuna qədər əlavə lokomotivlər almağı planlaşdırır ki, onlar da marşrutda ötürücülük qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.
- Regiondakı geosiyasi dəyişikliklər Trans-Xəzər marşrutunun inkişafına necə təsir edir? Marşrutun genişləndirilməsi və yeni iştirakçıların daxil edilməsi üçün hansı perspektivləri görürsünüz?
- Regiondakı istənilən geosiyasi gərginlik bu və ya digər şəkildə təkcə TITR-ə deyil, bütün nəqliyyat dəhlizlərinə təsir göstərir. Logistika bu cür dəyişikliklərə çox həssasdır. Ona görə də Assosiasiya öz üzvləri ilə birlikdə uzunmüddətli vahid şəffaf tarif şərtlərindən istifadə edərək marşrutda yüksəkkeyfiyyətli xidmət yaratmağa çalışır.
Hər böhranda biz dəhlizimizi inkişaf etdirmək üçün yeni imkanlar tapmağa çalışırıq. Artıq qeyd etdiyim kimi, 2022-ci il bizə nəinki məhdud imkanlarımızı göstərdi, həm də marşrutumuzun inkişafında gələcək addımları müəyyənləşdirdi.
Hər il Assosiasiyamıza qoşulmaq üçün daha çox müraciət daxil olur, müxtəlif ölkələrdən daha çox şirkət marşrutla maraqlanır.
- Marşrutun inkişafı çərçivəsində Azərbaycanla birgə hansı əsas layihələr həyata keçirilir? Trafik axınlarını optimallaşdırmaq üçün Azərbaycanın coğrafi mövqeyindən necə istifadə olunur?
Bundan əvvəl də dediyim kimi, TITR-də həyata keçirilən bütün layihələr ümumi işə, marşrutumuzun inkişafına xidmət edir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və bu gün həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ölkənin tranzit potensialından səmərəli istifadə etməyə imkan verir ki, bu da, öz növbəsində, gəlirlərin davamlı artması üçün yaxşı imkanlar yaradır.
Prezident İlham Əliyev ölkənin nəqliyyat potensialının inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə Azərbaycanda Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, Bakı-Tbilisi-Qars dəmir yolu çəkilib, bütün beynəlxalq istiqamətlərdə nəqliyyat infrastrukturu yenilənib. Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Biz onun dəstəyini yaxından hiss edirik.
- Yaxın gələcəkdə Azərbaycanla əməkdaşlığı genişləndirmək planları varmı?
- Onlar mütləq mövcuddur! Azərbaycan TITR dəhlizində əsas aparıcı ölkələrdən biridir. Tarixi, mədəni və dini birliyi əsrlərə gedib çıxan bu marşrutda iştirak edən ölkələr arasında əlaqələr hazırda daha da möhkəmlənir və genişlənir. Bu əməkdaşlıq Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun birgə inkişafı ilə daha da inkişaf edir.
Azərbaycan və Qazaxıstan prezidentlərinin son illərdəki qarşılıqlı səfərləri TITR-in inkişafını sürətləndirib və marşrutun populyarlaşmasına müsbət təsir göstərib.
Qazaxıstanla Azərbaycan arasında birgə layihələrin həyata keçirilməsi bütün region üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir.
Bölməyə aid digər xəbərlər