Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

Baxış: 340

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

MALİYYƏ20 Aprel , 2024 10:15



Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 027,2 milyon ABŞ dolları təşkil edib.
“Sahibkartv.az” xəbər verir ki, bunun 83,1 %-i və yaxud 57 milyard 372,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,9 %-i və yaxud 11 milyard 654,4 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 344,5 milyon ABŞ dolları və yaxud 2 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 303,1 milyon ABŞ dolları və yaxud 2,3 %, AMB-nin valyuta ehtiyatlarında isə 41,4 milyon ABŞ dolları və yaxud 0,4 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 6 milyard 456,6 milyon ABŞ dolları və yaxud 10,3 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 935,2 milyon ABŞ dolları və yaxud 7,4 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 521,4 milyon ABŞ dolları və yaxud 27,6 % artım nümayiş etdirib.

ARDNF-in
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
AMB-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
Azərbaycanın strateji
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
01.04.202457 372,811 654,469 027,2
01.01.202456 069,711 613.067 682,7
01.10.202355 524,09 775,365 299,3
01.07.202354 915,19 195,964 111,0
01.04.202353 437,69 133,062 570,6

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.