Brent markalı neftin qiyməti sentyabrın 1-dən bəri ilk dəfə bir barel üçün 88 dollardan aşağı düşüb.
Sahibkartv.az xəbər verir ki, Brent nefti 4%-dən çox ucuzlaşma ilə, Bakı vaxtı ilə saat 20:00-da 87,23 dollardan ticarət olunub.
Güclü dollar və faiz dərəcələrinin bazarda gözləniləndən daha uzun müddət yüksək səviyyədə qalacağı gözləntiləri fonunda neft ucuzlaşır.
Bahalı dollar digər valyuta sahibləri üçün neftin əlçatanlığının azalması deməkdir ki, bu da tələbata mənfi təsir göstərir.
Yüksək dərəcələri də əmtəələr üçün mənfidir, çünki onlar iqtisadi aktivliyi azaldır.




































