"Azərbaycan Yaşıllaşdırma və Landşaft" ASC 2022-ci ili 371 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci 3 milyon 661 min manat xalis zərər ilə başa vurmuşdu.
Sahibkartv.az xəbər verir ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft" ASC-nin cəmi gəlirləri 2021-ci ildə 6 milyon 426 min manat ikən, 2022-ci ildə 7 milyon 227 min manat təşkil edib. Şirkətin xərcləri isə 10 milyon 87 min manatdan 7 milyon 598 min manata düşüb. Xərclərin azalması ilə əlaqədar olaraq "Azərbaycan Yaşıllaşdırma və Landşaft" ASC-nin zərəri də 10 dəfəyə yaxın azalıb.
Xatırladaq ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft" 2020-ci ili 23 milyon 620 min manat xalis zərər ilə bağlamışdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft" ASC qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsilə məşğul olur.






































