Day, Month 00, Year
00: 00: 00 AM
Prezident Rusiyaya GETDİ

12:35 / 23-10-2024

Türkiyədə inflyasiya 2023-cü ilin ən yüksək səviyyəsinə çatıb

Sentyabrda illik inflyasiya 61,53 faizə yüksəlib.

Türkiyədə inflyasiya 2023-cü ilin ən yüksək səviyyəsinə çatıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) sentyabr ayı inflyasiya məlumatlarını açıqlayıb.
Sahibkartv.az Türkiyə Statistika Təşkilatının məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) senyabrda 61,53 faizə yüksəlib (qiymətlər sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə 61,53% artıb).

Aylıq inflyasiya isə sentyabbrda 4,75 faiz olub (qiymətlər sentyabr ayında avqust ilə müqayisədə 4,75% artıb).
İqtisadçıların proqnozları illik inflyasiyanın 61,9 faiz, aylıq inflyasiyanın 5 olacağı istiqamətlərində idi.
İllik baza inflyasiyası sentyabrda 68,93 faiz təşkil edib. Avqustda illik baza inflyasiyası 64,85 faiz olaraq qeydə alınmışdı.
Ən yüksək illik artım restoran və otellərdədir
Əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən qrup 20,16% ilə mənzil olub. Digər tərəfdən, əvvəlki ilin eyni ayı ilə müqayisədə ən çox artım qeydə alınan qrup 92,48 fiaz ilə restoran və otellər olub.

Tarix: 3-10-2023, 15:41 Oxunub: 99


Bölməyə aid digər xəbərlər