Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Beşqat dünya çempionu I vitse-prezident vəzifəsindən çıxarıldı

Baxış: 299

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ehram Məcidov işdən çıxarılıb.
Sahibkartv.az-ın xəbərinə görə, dünya çempionu Ramal Aslanovun ötən ayın sonlarında I vitse-prezident təyin olunması ilə o, işdən çıxarılıb.
Lakin Ehram Məcidov saytımıza açıqlamasında xəbəri təkzib etməyə çalışıb:
“Kim deyir ki, mən işdən çıxmışam. Hazırda da federasiyaya gedib-gəlirəm. Əgər inanmırsınızsa, federasiyaya gəlib, məni orada görə bilərsiniz. Mənim işdən çıxarılmağıma yalnız federasiya prezidenti Orxan Əliyev qərar verə bilər. Ondan bu barədə soruşa bilərsiniz. Sadəcə, Ramal Aslanov mənim əvvəl icra etdiyim I vitse-prezident vəzifəsinə təyin olundu. Mən də vitse-prezidentlərdən biri kimi işimi davam etdirirəm”.
Qeyd edək ki, beşqat dünya çempionu olan Ehram Məcidov Azərbaycan Kikboksinq Federasiyasında I vitse-prezident vəzifəsinə bu ilin martında təyin olunmuşdu. O hazırda Kunq-Fu Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir.
Xatırladaq ki, Ehram Məcidovun işdən çıxarılması xəbərini ilk olaraq unikal.org saytı ictimaiyyətə çatdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.