Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gün qadın şahmatçıların Avropa çempionatında yeddinci turun oyunları keçiriləcək

Baxış: 293

Avqustun 15-də Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının yeddinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə rusiyalı Aleksandra Maltsevskaya ilə mübarizə aparacaq. Xanım Balacayeva Anastasiya Bondarok (Rusiya), Gülnar Məmmədova belaruslu Olqa Badelka, Ülviyyə Fətəliyeva polşalı Klaudia Kulon, Gövhər Beydullayeva rusiyalı Semyonova, Zeynəb Məmmədyarova belaruslu Yana Ilyuçuk, Türkan Məmmədyarova ukraynalı İrina Petrova, Nəsrin Babayeva rumıniyalı Mihaela Sandu, Xəyalə Abdulla estoniyalı Triin Narva, Ayan Allahverdiyeva Rumıniyanın digər təmsilçisi Obada Ema ilə qarşılaşacaqlar.
Altı turdan sonra G.Məmmədzadə 5 xalla liderlər qrupunda yer alıb. G.Məmmədova, X.Balacayeva 4, G.Beydullayeva, Ü.Fətəliyeva 3,5, Zeynəb Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, T.Məmmədyarova 2,5, A.Allahverdiyeva 2 xal toplayıblar.
Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.