Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şeydayev yenidən “Qarabağ”da

Baxış: 323

“Qarabağ” heyətinə azərbaycanlı futbolçu ilə gücləndirib. Sahibkartv.az futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu “Sabah”ın hücumçusu Ramil Şeydayevi transfer edib.
Onunla yaxın saatlarda müqavilə imzalanacaq. Azərbaycan millisinin hücumçusu yeni klubuna azad agent statusunda keçəcək. Çünki onun “Sabah”la müqaviləsinin müddəti ötən gündən etibarən bitib.
Xatırladaq ki, Şeydayev 2017/18 mövsümündə də “Qarabağ”da çıxış edib. Lakin həmin vaxt o, Türkiyənin “Trabzonspor” klubundan icarəyə götürülmüşdü. Ramil o zaman Ağdam təmsilçisində 15 oyun keçirmiş və cəmi 1 qolla yadda qalmışdı.
Millimizin hücumçusu “Trabzonspor”, “Sabah” və “Qarabağ”la yanaşı, “Zenit, “Rubin”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo” (Moskva) komandalarında da forma geyinib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.