Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə millisi 2-ci dəfə Avropa ÇEMPİONU OLDU

Baxış: 126
Türkiyə millisi 2-ci dəfə Avropa ÇEMPİONU OLDU


Türkiyə A Milli Qadın Voleybol Komandası 2026 CEV Trendyol Qadınlar Avropa Voleybol Çempionatının finalında İtaliyanı 3:2 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

2023-cü ildə tarixində ilk dəfə Avropa çempionu olan “Filenin Sultanları” 2026-cı ildə də qitənin zirvəsinə yüksəlib. Türkiyə millisi bununla Avropa çempionatında ikinci qızıl medalını qazanıb və çempionluq titulunu qoruyub.

Sinan Erdem İdman Salonunda keçirilən final qarşılaşması 122 dəqiqə davam edib. Gərgin mübarizə şəraitində keçən oyunda İtaliya ilk seti 25:16 hesabı ilə qazanıb.

Türkiyə millisi ikinci setdə 25:22 hesabı ilə qalib gələrək oyunda tarazlıq yaradıb. Üçüncü setdə İtaliya yenidən üstünlük əldə edib və 25:12 hesabı ilə qalib gəlib.

Dördüncü setdə “Filenin Sultanları” 25:21 hesabı ilə qələbə qazanaraq qarşılaşmanı həlledici beşinci setə daşıyıb. Final setində isə Türkiyə millisi rəqibinə 15:10 hesabı ilə qalib gələrək Avropa çempionluğunu rəsmiləşdirib.

İtaliya – Türkiyə: 2-3

Setlər: 25-16, 22-25, 25-12, 21-25, 10-15

Müddət: 122 dəqiqə

Türkiyə: Eda, Elif, İlkin, Zehra, Vargas, Hande, Gizem (L), Saliha, Derya, Cansu, Eylül, Yaprak.

İtaliya: Orro, Antropova, Danesi, Egonu, Sylla, Fahr, Fersino (L), Spirito, Cambi, Adigwe, Giovannini.

Final qarşılaşmasını Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ, İstanbul valisi Davut Gül və digər yüksək vəzifəli şəxslər tribunadan izləyiblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.