Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

Baxış: 81
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib


"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb. Fransalı yarımmüdafiəçi bu gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.

Sahibkartv.az sportal.az-a istinadla bildirir ki, 34 yaşlı futbolçu 2018-ci ildə Fransanın "Lans" klubundan "Qarabağ"a transfer olunmuşdu. O, ötən illər ərzində Ağdam təmsilçisinin əsas aparıcı futbolçularından birinə çevrilib və komandanın kapitanı idi.

Əldə etdiyimiz məlumata görə, fransalı futbolçu bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına beynəlxalq hava limanından paytaxtı tərk edərək, Qətərə uçub. Təcrübəli futbolçu bundan sonra Qətərin "Əl-Şahaniya" klubunda çıxış edəcəyi gözlənilir. Tərəflər arasında müqavilə ilə bağlı razılığın əldə olunduğu daha əvvəl də bildirilmişdi. Beləliklə, Abdullah Zubirin "Qarabağ"dakı uzunmüddətli macərası başa çatıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.