Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

Baxış: 81
“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım


Futbol üzrə 2026-cı il dünya çempionatının dramatik finalında İspaniyaya uduzan Argentina millisinin kapitanı Lionel Messi şəxsi instaqram hesabında duyğusal paylaşım edib.

Əfsanəvi hücumçu turnir boyu onlara dəstək olan hər kəsə təşəkkür edərək məğlubiyyətin acısını gizlətməyib:

“Ağrı çox güclüdür və bu yaranı sağaltmaq mənə asan olmayacaq. Lakin bununla yanaşı, yaddaşımda bütün gözəl məqamları da saxlayacağam. Meydanda bütün gücümüzü qoyaraq inanılmaz geri dönüşlər etdiyimiz o matçlar həmişəlik xatirəmdə qalacaq. Bütün ölkənin dəstəyi, həmçinin bu komandanın əməyi və fədakarlığı bizə yenidən dünyanın ən yaxşı millilərindən biri olmağa kömək etdi”.

Xatırladaq ki, DÇ-2026-nın həlledici final görüşündə İspaniya yığması Argentinanı əlavə vaxtda vurulan tək qolla 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Qeyd edək ki, finaldakı ağır məğlubiyyətdən sarsılan Messinin matçdan sonra komanda ilə birlikdə Argentinaya uçmaqdan imtina etdiyi barədə də xəbərlər yayılıb.(qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.