Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sərsəng su anbarında "Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayır

Baxış: 63
Sərsəng su anbarında "Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayır


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası bu gün start götürəcək.

 "Report" xəbər verir ki, turnir ilk dəfə olaraq Sərsəng su anbarında başlayacaq.

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən reqatanın ilk günündə – 27 aprel tarixində Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçiriləcək. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq.

Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.