Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ronaldo Ağ Evdə - Foto

Baxış: 198
Ronaldo Ağ Evdə - Foto


ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Vaşinqtonda bir araya gəldiyi gün – 18 noyabr çərşənbə axşamı futbol ulduzu Kriştianu Ronaldo da Ağ Evdə görünüb.

Ronaldo rəsmi şam yeməyinin xüsusi qonaqları arasında olub.

Tədbirdə, həmçinin “Tesla”nın baş direktoru İlon Mask və “Apple”ın baş direktoru Tim Kuk da iştirak edib.

“Oğlum Ronaldonun böyük fanatıdır. Barron onunla görüşdü və düşünürəm ki, indi mənə bir az daha çox hörmət edir, çünki səni onunla tanış etdim. Burada olduğun üçün təşəkkür edirəm, bu, bizim üçün şərəfdir”, - Tramp qeyd edib.

Ronaldo da qarşılıqlı olaraq Trampa rəğbətini ifadə edib və ABŞ prezidentinin “dünyanı dəyişdirə biləcək şəxslərdən biri” olduğunu bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.