Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan millisi İslandiyaya qarşı

Baxış: 261
Azərbaycan millisi İslandiyaya qarşı


Bu gün Azəbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxacaq.

 Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşacaq.

“Neftçi Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq. 

Komandamızın üzvlərindən Elvin Cəfərquliyev sözügedən görüşdə iştirak etməyəcək. O, yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılıb. Həmçinin, kapitan Emin Mahmudovun da oyunu buraxması ehtimalı var. 

Azərbaycan millisi Fernandu Santuşun baş məşqçilik etdiyi dövrdə - sentyabrın 5-də İslandiya yığmasına səfərdə 0:5 hesabı ilə uduzmuşdu. 

Millimiz daha əvvəl qrupakı oyunlarında Ukrayna ilə 1:1 hesablı heç-heçə edib, bu rəqibə 1:2 hesabı ilə uduzub və Fransaya 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər matçında Fransa Ukrayna ilə üz-üzə gələcək (saat 23:45). 

Hazırda D qrupunun turnir cədvəlində Fransa 10 xalla liderdir. Ukrayna 7 xalla 2-ci, İslandiya 4 xalla 3-cüdür. Aktivində 1 xal olan Azərbaycan yığması isə 4-cü - sonuncu pillədə qərarlaşır. 

Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək. 

DÇ-2026, seçmə mərhələ, 5-ci tur

13 noyabr

D qrupu

21:00. Azərbaycan - İslandiya

Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)

VAR: Momçilo Markoviç (Serbiya)

AVAR: Aleksandar Jivkoviç (Sebiya)

“Neftçi Arena”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.