Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Abramoviç "Qalatasaray"ı almaq istəyir? - Rəsmi - Yenilənib

Baxış: 145
Abramoviç "Qalatasaray"ı almaq istəyir? - Rəsmi - Yenilənib


Rusiyalı iş adamı Roman Abramoviç heç bir futbol klubu, o cümlədən İstanbulun “Qalatasaray”ı da almaq və ya investisiya etmək fikrində deyil.

 TASS xəbər verir ki, bu barədə biznesmenin sözçüsü bildirib.

O, Abramoviçin "Qalatasaray"la bağlı planları ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

"Cənab Abramoviç heç bir futbol klubu almır və ya sərmayə qoymur", - deyə o söyləyib.

***

Rusiyalı iş adamı Roman Abramoviç Türkiyənin “Qalatasaray” futbol klubunun ortaq sahibi ola bilər.

Bu barədə "Sözcü" məlumat yayıb.

Abramoviç İstanbul komandasında böyük pay almağı planlaşdırır.

Onun Türkiyədə yaşamaq niyyətində olduğu və hətta oradan ev də aldığı iddia edilir.

Xatırladaq ki, Abramoviç İngiltərənin "Çelsi" klubunun keçmiş sahibidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.