Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya çempionatı: Azərbaycan güləşçiləri bu gün döşəyə çıxır

Baxış: 151




Sahibkartv.az xəbər verir ki, bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Yarışın səkkizinci günündə yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (63 kq) Bayaman Kərimov (Qırğızıstan), Həsrət Cəfərov (67 kq) Neyser Marimon Hidalqo (Venesuela), İslam Abbasov (87 kq) isə Stanislav Şafarenkoy (UWW) ilə üz-üzə gələcək.

Eyni zamanda, Ülvi Qənizadə (72 kq) final görüşündə Fransa təmsilçisi İbrahim Qanemə qarşı çıxacaq. Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, indiyədək yığmanın aktivində 4 medal var: Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafat əldə edib.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.