Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Alimlər bu mifi darmadağın etdi - 10 min yox, 7000 addım yetərlidir

Baxış: 187
Alimlər bu mifi darmadağın etdi - 10 min yox, 7000 addım yetərlidir


Uzun illərdir sağlam həyat tərzi ilə bağlı verilən ən məşhur tövsiyələrdən biri – gündə 10 min addım atmaq – əslində elmi araşdırmalara deyil, marketinq kampaniyasına əsaslanır. Amerikalı alimlərin son araşdırmaları bu inancı alt-üst edib.

" “Financial Times” qəzetinin yazdığına görə, “10 min addım” anlayışı 1964-cü ildə Tokioda keçirilən Yay Olimpiya Oyunları ərəfəsində Yaponiyanın Yamasa adlı pedometr (addım sayan cihaz) istehsalçısı tərəfindən irəli sürülüb.

Şirkət həmin dövrdə “Manpo-kei” adlı cihazını tanıtmaq üçün bu rəqəmdən istifadə edib. “Manpo-kei” yapon dilində “10 min addım sayğacı” anlamına gəlir. Bu rəqəm təsadüfi seçilsə də, zamanla qlobal səviyyədə sağlamlıq norması kimi qəbul edilib.

ABŞ-da aparılan genişmiqyaslı araşdırmada tədqiqatçılar 160 min yetkin şəxsin sağlamlıq göstəricilərini təhlil ediblər. Nəticələr göstərib ki, gündə 7 min addım atmaq sağlamlıq üçün mühüm faydalar verir. Belə ki, bu göstərici ilə kifayətlənən şəxslərdə gündə cəmi 2 min addım atanlarla müqayisədə ürək-damar xəstəlikləri, xərçəng, 2-ci tip şəkərli diabet və demans riski 47% azalır.(Musavat.com)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.