
Mingəçevirdə aynanın şüşəsi qırılaraq yaşlı qadına xəsarət yetirib.
Hadisə bağlar yaşayış massivindəki fərdi təsərrüfatların birində baş verib.
İlkin məlumata görə, sərt və ehtiyatsız şəkildə əllərini evin aynasına çırpan 1960-cı il təvəllüdlü Rəmziyə Eyvazova onu sındırıb. Zərbənin təsirindən şüşə qırıqları yaşlı qadının əl qounu doğrayaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı araşdırma aparılır./Bakıvaxtı.az/







































